Nisa Broker
  • Bakı,Qaradağ rayonu

  • Salyan şossesi 14-cü km

  • Bakı,Qaradağ rayonu

  • Salyan şossesi 14-cü km

  • Bakı,Qaradağ rayonu

  • Salyan şossesi 14-cü km

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün etibarlı gömrük brokeri :

 

Uğurlu gömrük rəsmiləşdirilməsi istənilən beynəlxalq yük daşınması üçün məcburi meyardır.

 

"NİSA BROKER" şirkəti sizə lazımi sənədlərin bütün paketini hazırlayaraq gömrük rəsmiləşdirməsindən qanuni və tez keçməyə kömək edəcəkdir.

Müştərilərimizə gömrük rəsmiləşdirilməsi xidmətlərinin tam paketini təklif edirik. Şirkətimiz sizə gömrük rəsmiləşdirilməsi məsələlərini anlamağa kömək edəcək, sizin üçün ən optimal gömrük rəsmiləşdirmə prosedurunu müəyyənləşdirəcək, gömrük işçiləri ilə əlaqə qurarkən maraqlarınızı təmsil edəcək, yəni gömrük broker xidmətləri ilə tam təmin edəcək.

 

Bizi seçərək yüklərinizin münasib qiymətə başa gələcəyinə, vaxtında yoxlanılacağına və ünvanınıza çatdırılacağına əmin ola bilərsiniz!

 

"NİSA BROKER" ilə əlaqə qurmağın dörd səbəbi:

- 30 ildən artıq təcrübəyə malik rəhbərlik, müştəri yönümlü mütəxəssis heyəti və güclü hüquqi baza;

- Gömrük rəsmiləşdirilməsi məsələlərinə dair sürətli konsultasiya;

- Malların gömrük rəsmiləşdirilməsi və ünvana daşınmasının təşkili sahəsində xidmətlər üçün ən münasib qiymətlər;

-Malların gömrük rəsmiləşdirilməsində yalnız qanuni sxemlərdən istifadə edilir.

 

Gömrükdə nə edə bilərik?

30 illik təcrübəmiz bəyannaməyə qəbul edilmiş istənilən malın gömrük rəsmiləşdirilməsini aparmağımıza kömək edir.

Əgər mallarınızın spesifik olduğunu düşünürsünüzsə, bizimlə əlaqə saxlayıb gömrük rəsmiləşdirmə prosedurunu həyata keçirə biləcəyimizi yoxlayın. Mütəxəssislərimiz gömrük bəyannaməsinin xüsusiyyətləri və malların gömrük rəsmiləşdirilməsi ilə bağlı hər bir sualınızı sizinlə müzakirə etməyə hazırdır.